“İnter”də yeni müqavilə

“İnter” klubu idman direktoru Piero Ausilionun müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, klubla müqaviləsi 2020-ci ilin yayına qədər olan Ausilionun sözləşməsinin müddətinin artırıldığı bildirilib. Müqavilə müddəti hələ bəlli deyil.

Ausilio 1998-ci ildən “İnter”də işləyir.