“İnter” Maraşı razı saldı, qaldı…

“İnter” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Milan təmsilçisi “Verona”dan Maraş Kumbullanı transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “neradzurra”nın 19 yaşlı müdafiəçinin özü ilə razılığa gəldiyi bildirilib.

“İnter” Kumbulla üçün “Verona”ya 10 milyon avro təklif etsə də, A Seriyası təmsilçisi bunu qəbul etmir. Albaniya millisinin də formasını geyinən müdafiəçi üçün tələb olunan məbləğ 30 milyon avrodur.

“Verona”nın yetirməsi olan Kumbulla, bu mövsüm A Seriyasında 16 oyunda 1 qol vurub. Kumbulla ilə “Mançester Yunayted” və “Napoli” də maraqlanır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button