“İnter” Lukakudan imtina edib

Belçikalı futbolçu Romelu Lukaku “Yuventus”a transfer problemi ilə bağlı yenidən “İnter”lə əlaqə saxlayıb.

Komanda.az “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, 2022/23 mövsümündə “İnter”də icarə əsasında çıxış edən 30 yaşlı hücumçu “Yuventus”la danışıqlar apardığı üçün Milan klubu belçikalı futbolçunu almaqdan imtina edib.

Bildirilir ki, bir neçə gün əvvəl Lukaku danışıqları bərpa etmək üçün yenidən “İnter”lə əlaqə saxlayıb.

“Yuventus” Duşan Vlahoviçi satana qədər belçikalı hücumçu ilə müqavilə imzalaya bilməz.

“İnter” Lukaku ilə bağlı danışıqları bərpa etməkdən imtina edib, çünki onlar artıq hücumu gücləndirmək üçün alternativ variantlara diqqət yetirirlər. Milan klubu Folarin Baloqun və Alvaro Morata ilə maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button