Adı 2 klubun siyahısındadır

“İnter”in müdafiəçisi Denzel Dumfris karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted” niderlandlı futbolçunun xidmətində maraqlıdır. Milan təmsilçisi sağ cinah müdafiəçisi üçün 50 milyon avro tələb edir.

“Çelsi” və “Mançester Yunayted”in futbolçu üçün 30-35 milyon avro təklif etməyə hazır olduğu bildirilir.

Dumfris bu mövsüm “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

O, DÇ-2022-də Niderland millisinin heyətində 5 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button