
“Tottenhem” ispaniyalı futbolçunu satmayacaq
“Real”ın maraqlandığı iddia edilən Pedro Porro ilə bağlı yeni məlumat yayılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” 26 yaşlı müdafiəçini satmaq niyyətində deyil və onun ayrılığına icazə verməyəcək.
Bildirilir ki, yeni baş məşqçi Roberto De Zerbi ispaniyalı futbolçunu layihənin əsas fiqurlarından biri kimi görür və onu komandada saxlamaq istəyir.
Porro 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



