Ərəblərin aldığı “Nyukasl” rəsmisindən iddialı açıqlama

İngiltərənin “Nyukasl” klubunun yeni direktoru Amanda Steyvli maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sports” telekanalına danışan klub rəsmisi, “Nyukasl”ın Premyer Liqanın zirvəsində olacağını deyib:

“Komanda Premyer Liqanın zirvəsində olmalıdır. Bunun üçün zaman lazımdır, amma söz verirəm ki, bu olacaq. “Nyukasl” zirvəyə oynayan komanda olacaq.

İngiltərə Premyer Liqası çətin yarışdır. Dünyanın ən yaxşı oyunları bu ölkədə olur. “Nyukasl” dünyanın ən yaxşı komandasıdır. Çempion olmaq istəyirik. Əsas hədəfimiz Premyer Liqada çempionluq və Avropada uğur qazanmaqdır.

Yaxşı heyətimiz var və daha da güclənmək istəyirik. Ən yaxşı heyəti qurmağa çalışacağıq”.

“Nyukasl” klubunun səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. Fondun sərvəti 434 milyard avrodan çoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button