“Liverpul” niderlandlı müdafiəçiylə maraqlanır

İngiltərənin “Liverpul” klubu qışda heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi “Lill”dən Sven Botmanı transfer etmək istəyir. Bu barədə “footmercato” portalı məlumat yayıb. “Liverpul” nümayəndələri ötən ay Botmanın meneceriylə ilkin danışıqlar aparıb.

Maliyyə sıxıntıları yaşayan “Lill” klubu 30 milyon avro qarşılığında Botmanı satmağa hazırdır. 20 yaşlı niderlandlı müdafiəçi ilə “Liverpul”la yanaşı, İtaliyanın “İnter” klubu da yaxından maraqlanır.

Botman bu mövsüm “Lill”lə 20 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button