“Liverpul” 2 futbolçusu ilə yollarını ayıracaq

İngiltərənin “Liverpul” klubu 2 futbolçusu ilə yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi müdafiəçilər Neko Uilyams və Nataniel Fillipsi satmağa hazırdır. Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

Uilyams da “Liverpul”dan ayrılmağa müsbət yanaşır. O, daha çox oynayacağı bir komandaya keçmək niyyətindədir.

Fillips də oyun praktikasının azlığından şikayətçidir. 24 yaşlı müdafiəçi ilə İtaliya klubları yaxından maraqlanır.

Uilyams və Fillipsin “transfermarkt”da dəyəri 8 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button