“Lester”də mövsümün ən yaxşı futbolçusu açıqlandı

İngiltərənin “Lester” klubunda mövsümün ən yaxşı futbolçusu məlum olub.

Komanda.az “tülkülər”in saytına istinadən xəbər verir ki, bu, Yuri Tilemansdır. Belçikalı futbolçu “Lester”də 2020/21 mövsümünün ən yaxşısı olub.

Belçika millisinin də üzvü olan Tilemans “Lester”də bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb və 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button