“Lester”də ciddi itki – 2-3 aylıq sıradan çıxdı

İngiltərənin “Lester” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “tülkülər”in müdafiəçisi Uesli Fofana sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Vilyarreal”la yoxlama matçında (3:2) zədələnən Fofana meydanı xərəkdə tərk edib. Sümüyündə sınıq aşkarlanan 20 yaşlı futbolçunun azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button