“Everton”un futbolçusunun evi qarət olundu

İngiltərənin “Everton” klubunun qapıçısı Robin Olsenin evi qarət olunub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, soyğunçular futbolçu və ailəsi evdə olarkən oğurluğa girib. Quldurlar ailəni təhdid edərək, bahalı zinət əşyaları və saatlar oğurlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Robin Olsen icarə əsasında “Everton”da çıxış edir. 31 yaşlı futbolçu müqavilə ilə İtaliyanın “Roma” klubuna məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button