Ukrayna millisinin üzvü “Everton”la müqavilə imzaladı

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukraynanın “Dinamo” klubundan Vitali Mikolenkonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb. Mikolenko yeni komandasında 19 nömrəli formanı geyinəcək.

“Dinamo”nun yetirməsi olan müdafiəçi Ukrayna yığmasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button