“Ayıb olsun, “Arsenal” FOTO

İngiltərənin “Arsenal” klubunun azarkeşləri komandalarının Avropa Super Liqasına qatılmasını istəmir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “topçular”ın fanatları klubun rəhbəri Sten Kronkedən “Arsenal”ı tərk etməsini istəyib. Bu barədə TASS agentliyi məlumat yayıb.

Fanatlar sevimli komandalarının Avropa Super Liqasında iştirak etməsini istəmir və bu qərara etiraz olaraq, stadionun ətrafında “Ayıb olsun!” yazılı pankartlar da asıblar. Azarkeşlər bununla yanaşı, prezident Kronkenin klubdan ayrılmasını istəyirlər.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan edib. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button