Arsen Venger üçün vida matçı

İngiltərənin “Arsenal” klubu keçmiş baş məşqçisi Arsen Venger və sabiq futbolçusu Santi Kasorla üçün vida matçı təşkil etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, “Arsenal”ın 22 il komandaya rəhbərlik edən Vengerlə artıq danışıqlar apardığı bildirilir. Matçın yeni mövsümün əvvəlində keçirilməsi planlaşdırılır.

“Arsenal” Venger və Kasorlanın vida matçında rəqib olaraq “Vilyarreal”ı düşünür. Hazırda La Liqa təmsilçisində forma geyinən Kasorla, 2012-2018-ci illər aralığında “Arsenal”ın şərəfini qoruyub.

Fransız mütəxəssis Venger 1996-2018-ci illər aralığında “Arsenal”ı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button