“Arsenal” hücumçusunu satmaq istəyir

İngiltərənin “Arsenal” klubu futbolçusu Aleksandr Lakazetti yayda sata bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football London” portalı məlumat yayıb. Xəbərdə, “Arsenal”ın yaxşı performans sərgiləməyən fransalı hücumçunu yay transfer pəncərəsi dövründə satmaq istədiyi bildirilib.

“Arsenal”la 2022-ci ilin yayına qədər müqaviləsi olan Lakazettlə Fransanın “Monako” klubu yaxından maraqlanır.

29 yaşlı hücumçu bu mövsüm “topçular”la 30 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button