
İngiltərəli azarkeşlər Azərbaycan xalqına təşəkkür etdi
“Nyukasl”ın azarkeşləri Azərbaycan xalqına təşəkkür edib.
Komanda.az xəbər verir ki, bununla bağlı “Nyukasl”ın azarkeş qrupunun “X” sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşım UEFA Çempionlar Liqasının “Qarabağ” – “Nyukasl” oyunundan (1:6) sonra edilib:
“Son günlər ərzində göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Bakıya, Azərbaycan xalqına təşəkkür edirik.
Gözəl şəhərdir və imkan düşərsə, hər kəsə mütləq ziyarət etməyi tövsiyə edirik. Bu, indiyədək çıxdığımız ən möhtəşəm səfər oldu”.
Dünən Bakıda keçirilən oyunu 2000-ə yaxın ingilis azarkeş stadiondan canlı izləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



