
İngiltərə millisinin hücumçusu “Arsenal”a keçdi
İngiltərəli hücumçu Alessia Russo “Arsenal” klubu ilə azad agent kimi müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə “Arsenal”ın qadınlardan ibarət komandasının mətbuat xidməti rəsmi saytda məlumat yayıb. Russo “Arsenal” forması ilə meydana çıxmaq üçün səbirsizləndiyini deyib:
“Mən burada olduğum üçün çox şadam və “Arsenal”da oynamağa başlamaq üçün səbirsizlənirəm. Bu klubdakı hər kəs kimi mən də kuboklar qazanmaq istəyirəm. Bu, mənim üçün yeni çağırış və yeni mühitdir. Əminəm ki, burada oyun baxımından böyüyəcəyəm. “Arsenal”ın bir hissəsi olduğum üçün şadam”.
Russo 2020-2023-cü illərdə “Mançester Yunayted”də çıxış edib. O, 2020-ci ildən ötən il Avropa çempionatının qalibi olan İngiltərə millisinin də heyətinə cəlb olunub.
Bizi Facebook-da izləyin



