“Arteta Məsutu komandaya qaytarmalı və ona şans verməlidir”

İngiltərə milli komandasının sabiq futbolçusu Ceymi Rednapp “Arsenal” klubunun bu mövsümkü çıxışını dəyərləndirib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a açıqlama verən sabiq yarımmüdafiəçi, Məsut Özilin komandaya qayıtmalı olduğunu deyib:

“İnsanlar Məsutun komandaya qayıtmasından danışır. Mənim üçün problem deyil. Komanda şans yarada bilmir və məğlub olur. Topu Pyer-Emerik Obameyanqa ötürəcək futbolçuya ehtiyac var. Baş məşqçi Mikel Arteta Məsutu komandaya qaytarmalı və ona şans verməlidir. Uğursuzluq davam etsə, Məsutun faydasız olduğunu deməlidir”.

“Arsenal” Premyer Liqada 15-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button