İngiltərə klubunun təklifindən imtina edib – “Real”da oynamaq istəyir

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingem 2023-cü ilin yayında “Real”a keçməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “El Chiringuito” telekanalı məlumat yayıb.

“Real” futbolçu ilə yaxından maraqlanır və onunla gələn yay transferi üçün artıq əlaqə saxlanılıb. Bellingemin Madrid klubuna müsbət cavab verdiyi deyilir.

Xəbərdə bildirilib ki, “Mançester Siti”dən gələn təklifə baxmayaraq, Bellingemin “Real”da oynamaq istəyir.

“Borussiya”nın 2023-cü ilin yayında 19 yaşlı Bellingem üçün 150 milyon avro tələb edəcəyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button