0:9-a şərh: “Nə deyə bilərəm ki?”

İngiltərənin “Sauthempton” klubunun baş məşqçisi Ralf Hasenhüttl Premyer Liqanın 22-ci turunda “Mançester Yunayted”ə qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, avstriyalı mütəxəssis, 0:9 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Nə deyə bilərəm ki? Çox qorxunc bir məğlubiyyət aldıq. Daha yaxşı müdafiə oluna bilmədik. Bundan əvvəl də 0:9 hesablı məğlubiyyətimiz olmuşdu. Onda necə yenidən ayağa qalxdıqsa, bu dəfə də elə etməliyik. Bu nəticə bizim bu günə kimi sərgilədiyimiz oyunu göstərmir. 2-ci dəqiqədən azlıqda qalandan sonra artıq edəcəyimiz bir şey yox idi. Görək, mövsümün sonunda neçənci yerdə olacağıq?”

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button