Premyer Liqa klubunda baş məşqçiylə yeni müqavilə imzalandı

İngiltərənin “Norviç” klubunda baş məşqçi Daniel Farke ilə yeni müqavilə imzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə yeni, 4 illik müqavilə imzalanıb.

Farke 2017-ci ildən “Norviç”i çalışdırır.