Erotik video göstərildi – İngiltərə klubunun videokonfransında FOTO

İngiltərənin “Çester” klubu azarkeşləri ilə videokonfrans keçirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi son yeniliklər və kampaniyalarla bağlı azarkeşlərini məlumatlandırmaq üçün “zoom” proqramı vasitəsilə onlarla onlayn görüş keçirib. Lakin iclasın müddəti qısa olub.

Belə ki, 170 nəfərin iştirak etdiyi videokonfransda azarkeşlərdən birinin görüntüsündə erotik video göstərilib. Bu səbəbdən, klub rəsmiləri onlayn görüşü erkən bitirməli olub. Videokonfransda “Çester” klubunun rəhbərlərindən olan Antoni Conson da iştirak edib.

“Çester” klubu İngiltərə Milli Liqasında iştirak edir. Komanda 17 turdan sonra 2-ci sıradadır.