“Roma”nın futbolçusu rəsmən “Aston Villa”da

İngiltərənin “Aston Villa” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Roma”dan Robin Olseni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İsveçli qapıçı mövsümün sonuna qədər “Aston Villa”da çıxış edəcək.

Olsen mövsümün ilk hissəsini icarə əsasında İngiltərənin “Şeffild Yunayted” klubunda keçirib. O, Çempionşipdə 11 matça çıxıb.