AÇ-2024: “Püşk İngiltərə üçün çox əlverişlidir”

İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer AÇ-2024-ün püşkatmasının nəticələrini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Püşk İngiltərə üçün çox əlverişlidir. Bütün matçlarda qələbə qazanacağınıza ümid edə bilərsiz. İngiltərə yığması turnirdə hazırkı oyunçuları və təcrübələri ilə yekun qələbənin mümkün olacağına inanaraq çıxış edəcək. İngiltərə yığması şübhəsiz ki, Fransa millisi ilə birlikdə favoritdir”.

İngiltərə millisi C qrupunda Sloveniya, Danimarka və Serbiya yığmaları ilə mübarizə aparacaq.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button