MY, “Liverpul” və “Çelsi” də 1/8 finalda

İngiltərə Liqa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. “Mançester Siti” Çempionşip təmsilçisi “Preston”la qarşılaşıb. Görüş “şəhərlilər”in 3:0 hesablı qələbəsiylə başa çatıb. “Arsenal” isə “Nottinqem Forest”i darmadağın edib – 5:0.

“Tottenhem” 4-cü divizion təmsilçisi “Kolçester”lə üz-üzə gəlib. London təmsilçisi əsas vaxtı 0:0 bitən qarşılaşmada penaltilər seriyasında məğlub olaraq, turnirlə erkən vidalaşıb.

Bu gün daha 8 qarşılaşma keçirilib. “Çelsi” “Qrimbsi”ni, “Mançester Yunayted” isə “Roçdeyl”i qəbul edib. Nəhənglər bu görüşlərdən qələbə ilə ayrılıb. “Liverpul” da səfərdə “Milton Kins Dons”la üz-üzə gəlib və sürprizə imkan verməyib.

İngiltərə Liqa kuboku, 1/16 final mərhələsi

24 sentyabr

Kroli – Stok Siti 1:1 (penaltilər 1:0)
Qol:
Ferquson, 38 – Vokes, 24.

Kolçester – Tottenhem 0:0 (penaltilər 1:0)

Arsenal – Nottinqem Forest 5:0
Qol:
Martinelli, 31; 90+2. Holdinq, 71. Uillok,77. Nelson, 84.

Preston – Mançester Siti 0:3
Qol:
Sterlinq, 19. Jesus, 35. Ledson, 42-avtoqol.

Luton – Lester 0:4
Qol:
Qrey, 34, Castin, 44. Tilemans, 79. İhenaço, 86.

Şeffild Uensdey – Everton 0:2
Qol:
Kelvert-Lyuin, 6; 10.

Uotford – Suonsi 2:1
Qol:
Uelbek, 28. Pereyra, 79 – Serric, 34.

Portsmut – Sauthempton 0:4
Qol:
İnqs, 21; 44. Soareş, 77. Redmond, 86.

25 sentyabr

Brayton – Aston Villa 1:3
Qol
: Roberts, 61 – Jota, 22. Huriheyn, 33. Qriliş, 77.

Barton – Bornmut 2:0
Qol
: Sarkiç, 14. Brodhid, 72.

Çelsi – Qrimbsi 7:1
Qol
: Barkli, 4. Batşuayi, 7; 86. Pedro, 43-pen. Zuma, 56. Ceyms, 82. Hadson-Odoi, 89 – Qrin, 19.

Milton Kins Dons – Liverpul 0:2
Qol
: Milner, 41. Hover, 69.

Oksford – Vest Hem 4:0
Qol
: Mur, 55. Teylor, 71. Fosu, 84. Baptiste, 90+2.

Şeffild Yunayted – Sanderlend 0:1
Qol
: Pover, 9.

Vulverhempton – Ridinq 1:1 (penaltilər 4:2)
Qol: Jordao, 27 – Boy, 90+9.

Mançester Yunayted – Roçdeyl 1:1 (penaltilər 5:3)
Qol: Qrinvud, 68 – Meytson, 76.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button