İnfantino yenə FİFA prezidenti seçiləcək

Canni İnfantino yenidən FİFA-nın prezidenti seçiləcək.

Komanda.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb. İsveçrəli funksioner qarşıdakı seçkilərdə bu posta yeganə namizəddir.

Seçkilərlə bağlı ərizələrin verilməsi üçün son tarix başa çatıb.

Seçkilər 2023-cü il martın 16-da FİFA-nın Ruandada təşkil olunacaq 73-cü konqresində keçiriləcək.

Canni İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button