“İndi La Liqada qalib gəlmək daha da çətinləşib” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 24-cü turunda “Qranada” ilə oyunun (3:3) nəticəsini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqib komandanı oyundakı yaxşı çıxışına görə təbrik edib:

“Komandada inam, cəsarət və istək var idi, lakin təəssüf ki, bu kifayət etmədi. Çempionluq yarışında qalmaq şansımız oldu, amma işlər daha da pisləşdi. “Qranada”nı bu matça görə təbrik edirəm. Onlarla təhlükəli anlar yaşadıq. Əvvəl La Liqada qalib gəlmək çox çətin idi, amma indi daha da çətinləşib”.

Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində 51 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button