“Sanki bizi təhqir etdilər” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalının “Mançester Siti” ilə keçirilən cavab oyunundan sonra (0:4) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “şəhərlilər”in finala layiq olduğunu bildirib:

“Səhvlərdən nəticə çıxarmalı, növbəti mövsüm haqda düşünməli və güclənməliyik. Keçən il onları məğlub etdik və finala vəsiqə qazandıq. Bu il növbə onlarda idi. “Mançester Siti” daha yaxşı oynadı, finala layiq idilər. Oyunun əvvəlindən fəal pressinq edirdilər. Elə bu səbəbdən, istədiyimiz oyunu qurmaq bizim üçün çətin oldu.

İndi dərin təhlil aparmağın heç bir mənası yoxdur. Acı məğlubiyyət yaşadıq. Sanki bizi təhqir etdilər. Bu, futboldur. Belə nəticələr qeydə alına bilər. Çempionlar Liqasının yarımfinalında rəqib səndən daha yaxşı mübarizə aparırsa, deməli, finala həsrət qalırsan”.

İspaniya klubu iki oyunun nəticəsinə əsasən “şəhərlilər”ə uduzub və turnirdə mübarizəni dayandırıb.

MS həlledici qarşılaşmada İtaliya “İnter”i ilə qarşılaşacaq.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button