Simeonedən Belçika klubuna məğlubiyyətə şərh

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 3-cü tur matçında Belçika “Brügge”sinə məğlubiyyəti (0:2) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “Brügge”nin güclü olduğunu deyib:

“Brügge” çox güclü idi. Amma biz buna hazır idik. İlk hissə yaxşı idi, amma dəqiqlik və bəlkə də, inamımız yox idi. Bütün matçın gedişini dəyişə biləcək penaltini vura bilmədik. Lakin təslim olmaq fikrində deyilik. Qarşıda daha üç oyun var və biz vəziyyəti düzəldə bilərik”.

Çempionlar Liqasının qrup mərhələsinin 3 turundan sonra “Brügge” 9 xalla turnir cədvəlinə başçılıq edir. “Atletiko” 3 xalla 4-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button