“İlk hissədə biz, ikinci yarıda rəqib üstün oynadı”

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, ispan məşqçi 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Bərabər səviyyədə oyun keçdi. İlk hissədə üstün tərəf biz idik. İkinci hissədə isə rəqib daha yaxşı oynadı. Rəqib səhvimizdən istifadə edərək, hesabı bərabərləşdirdi.
  • Sizə elə gəlmirmi ki, komanda qol vurandan sonra tez geri çəkildi?
  • İkinci hissədə top bizdə olmadı. Buna görə çəkilməli olduq.
  • Komanda son oyunlarda sanki psixoloji olaraq qırılma yaşayır. Bunu nə ilə əlaqələndirmək olar?
  • Bunu futbolçulardan soruşmaq lazımdır. Son 3 oyunda hesabı biz açsaq da, üstünlüyü qoruya bilmirik
  • Oyunda dayaq müdafiəçiləriniz çox boşluqlar verirdi sanki. Bu haqda nə deyə bilərsiz?
  • İlk hissədə buna daha yaxşı nəzarət edirdik və problem olmurdu. Qoldan sonra burada tamamilə problemlər yaşandı. Fasilədə də futbolçulara bu haqda bəhs etmişdim.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button