İngiltərəli futbolçu “Yuventus”u tərk edə bilər

“Yuventus”un yarımmüdafiəçisi Samuel İlinq mövsümün sonunda klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə A Seriyası və İngiltərə Premyer Liqası klubları maraqlanır.

İngiltərəli futbolçunun “Yuventus”la müqaviləsi 2025-ci ilin iyununa qədərdir. İlinq ümumilikdə əsas komandada 37 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button