İdman direktoru axtaran “Arsenal”ın növbəti namizədi

Ramon Monçinin “Roma”dan ayrılaraq, “Sevilya”ya qayıtması ilə yenidən idman direktoru axtarışlarına başlayan “Arsenal” növbəti namizədini Fransada tapıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “topçular” “Marsel” rəsmisi Andoni Subisarettanı idman direktoru vəzifəsinə gətirmək niyyətindədir. Fransa klubu Çempionlar Liqası ilə bağlı hədəflərindən uzaqlaşdığı üçün Subisarettanın ayrılığa müsbət yanaşdığı deyilir. “Arsenal”ın ispan mütəxəssislə yaxın zamanda danışıqlara başlayacağı bildirilir.

Klubla 2022-ci ilədək müqaviləsi olan 57 yaşlı mütəxəssis, 2016-cı ildən “Marsel”də çalışır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button