İddia: Ronaldo DÇ-2022-nin matçında yenə ehtiyatda qalacaq

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin 1/4 finalının Mərakeşlə oyununda da start heyətində yer almayacaq.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı Portuqaliyanın “A Bola” nəşri yayıb.

Nəşrin yazdığına görə, 37 yaşlı forvard 1/8 final mərhələsinin İsveçrə ilə matçında (6:1) olduğu kimi yenə ehtiyatda qalacaq.

Mərakeşlə sabah keçiriləcək matçda da ilk dəqiqələrdən Qonsalo Ramos meydanda olacaq.

Ramos İsveçrə ilə oyunda het-trikə imza atmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button