Hüseynov üçün startda “Çerno More” sınağı

Futbol üzrə Bolqarıstan çempionatında 2023/2024 mövsümünün püşkü atılıb.

Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun yenicə müqavilə bağladığı “Arda”nın da yeni mövsümdəki ilk rəqibi bəlli olub.

Sözügedən komanda yeni mövsümə “Çerno More”yə qarşı keçirəcəyi ev oyunu ilə start verəcək.

Bolqarıstan çempionatında yeni mövsümün ilk turunun oyunları iyulun 14-də baş tutacaq. Birinci dövrəyə dekabrın 10-da yekun vurulacaq.

Xatırladaq ki, Hüseynov bir neçə gün öncə “Arda” ilə 3 illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button