ÇL: “Biz artıq irəliyə doğru kiçik bir addım atmışıq”

“Nyukasl”ın baş məşqçisi Eddi Hou Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSJ üzərində qazanılan böyükhesablı qələbədən (4:1) danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu oyunun nəticəsinin gələcək üçün komandaya motivasiya verəcəyinə inandığını deyib:

“Ümid edirik ki, bu, bizə gələcədə uğur qazanmaq üçün lazım olan inamı verəcək. Yalnız uğur əldə etməklə bunu özünüzə sübut edə bilərsiz. Bu turnirdə çoxlu matçlar var. Lakin biz artıq irəliyə doğru kiçik bir addım atmışıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button