“Barselona” hələ də onlara pul verən bank tapır” – Höness

“Bayern”in fəxri prezidenti Uli Höness “Barselona”dakı maliyyə vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, klub rəsmisi “Barselona” haqqında bu sözləri deyib:

“Kataloniya klubunun vitse-prezidenti Eduard Romeu komandanı xilas etmək üçün 500 milyon avroya ehtiyac olduğunu demişdi. “Barselona” böyük borclarına baxmayaraq, hələ də bəzi əməliyyatlar üçün onlara pul verən bank tapır”.

“Barselona” ötən mövsümü La Liqada 73 xalla 2-ci pillədə başa vurub.

“Bayern”in hücumçusu Robert Levandovskinin “Barselona”ya keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button