“Heydər Əliyev-100”: Türkiyə millisi ilk qələbəsini qazandı

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, B qrupunda yer alan Türkiyə ilə Qazaxıstan yığmaları Bakı Tennis Akademiyasında 3-cü tur matçında üz-üzə gəliblər.

İlk iki turda məğlub olan türkiyəlilərin güclü rəqibə də uduzmaları gözlənilirdi. Lakin Qazaxıstan seçməsi ardıcıl iki qələbədən sonra budəfəki rəqibinə 0:2 hesabı ilə uduzub.

Günün bundan əvvəlki oyunlarında Ukrayna CAR-ı 6:1, Çexiya Gürcüstanı 6:3 hesablı məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button