“Heydər Əliyev-100”: CAR yenə böyük hesabla uduzdu

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində günün ilk oyunu keçirilib.

Komanda.az xəbər verir ki, B qrupunda yer alan Ukrayna ilə CAR yığmaları Bakı Tennis Akademiyasında 3-cü tur matçında üz-üzə gəliblər.

Afrikalılar ilk iki matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar. Onlar Ukraynanın 6 qoluna cəmi 1 topla qarşılıq verə biliblər – 1:6. Nəticədə, Ukrayna millisi turnirdə ikinci qalibiyyətini əldə edib.

Bu gün B qrupu çərçivəsində Türkiyə – Qazaxıstan və Ukrayna – Fransa matçları olacaq. A qrupunda isə Gürcüstan – Çexiya, Serbiya – İtaliya və Azərbaycan – Gürcüstan görüşləri keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button