DÇ-2022: “Heyət seçimi özünü çox yaxşı göstərdi” – ölkə prezidenti

Portuqaliyanın prezidenti Marselo Rebelo de Souza milli komandanı DÇ-2022-nin 1/4 final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, ölkə rəhbəri qələbədən sonra bu fikirləri səsləndirib:

“Əla performans idi. Düşünürəm ki, heyət seçimi özünü çox yaxşı göstərdi. İlk hissədə komanda əla oynadı. İkinci hissədə də eyni ssenarini davam etdirə bildilər”.

Cənubi avropalılar DÇ-2022-nin 1/8 final mərhələsində İsveçrəni məğlub edib (6:1).

Portuqaliya millisi 1/4 finalda Mərakeşlə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button