“Artıq daha yaxşı oyunu “Zalsburq”a qarşı göstərməliyik”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Napoli” ilə heç-heçə edən (1:1) “Liverpul”un yarımmüdafiəçisi Corcinyo Veynaldum açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, oyunla bağlı bunları deyib:

“Bəzən daha yaxşı oyun göstərmək, qalib gəlmək üçün bir qol və ya bir məqama ehtiyacınız olar. İkinci hissəyə daha yaxşı başladıq, komanda olaraq daha yaxşı oyun göstərdik, amma çox şansımız olmadı. Oyunun sonuna qədər mübarizə aparmağa çalışdıq və bunu bacardıq. Hesabı bərabərləşdirdiyimiz üçün sevinirik. Artıq daha yaxşı oyunu “Zlasburq”a qarşı göstərməliyik. Rahatlaşmaq olmaz, çünki “Zalsburq”un necə komanda olduğunu bilirik. Eyni zamanda, komanda olaraq bir araya gəldikdə, necə yaxşı çıxış etdiyimizi də bilirik. Hər oyun fərqlidir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, səfərdə yaxşı nəticə əldə edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button