“Anri hətta mənim səviyyəmə də çatmayıb” – Eto

Kamerun millisinin keçmiş hücumçusu Samuel Eto hesab edir ki, “Arsenal” və “Barselona”nın sabiq forvardı Tyerri Anri səviyyə baxımından ondan zəifdir.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Anrinin öz səviyyəsinə belə, çatmadığını deyib:

“Anri Nikolya Anelka səviyyəsinə çatmadı. Bəli, yaxşı idi, amma mən başqa oyunçulara üstünlük verərdim. Düşünürəm ki, Anri hətta mənim səviyyəmə də çatmayıb”.

Anri karyerası ərzində 793 matçda 360 qol vurub və 177 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button