Brayantın adı əbədiləşdirilir – İtaliyada

Helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantın adı əbədiləşdiriləcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Redco-Emiliya şəhərindəki meydanlardan birinə mərhum idmançının adı veriləcək. Bu barədə şəhərin meri Luka Vekki “facebook” hesabında məlumat yayıb. Vekki Brayantın uşaqlığını bu şəhərdə keçirdiyini və yerli basketbol komandasının şərəfini qoruduğunu bildirib.

Kaliforniya ştatında baş verən qəzada Brayantla yanaşı, 13 yaşlı qızı da dünyasını dəyişib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button