“Heç-heçə daha ədalətli nəticə olardı” – Tərlan Əhmədov

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları deyib:

  • Maraqlı, əzmkar oyun izlədik. Bu gün futbolçularımdan razı qaldım. Oyunun ədalətli nəticəsi heç-heçə olardı. Çalışdıq əks-hücumda rəqibə təsir göstərək. Məğlub olmuşuqsa, çox danışmağa dəyməz. Əvvəl də demişdim ki, gərgin oyun keçəcək. Belə də oldu.
  • Penalti epizodu haqqında nə deyə bilərsiz?
  • Futbolçularıma demişdim ki, rəqibin əks-hücumları təhlükəli olur. Rəqiblə bağlı başqa narahatlığım yox idi. Penalti epizoduna bir daha baxmaq lazımdı.
  • Hakimlərə bağlı narazılığınız vardı sanki…
  • Hər zaman demişəm ki, bizim hakimlər oyunu tez-tez saxlayır. Belə matçlarda oyunu tez-tez saxlamaq futbolçulara təsir edir.
  • Kamran Ağayevin vəziyyəti nə yerdədir?
  • Kamranın əlində çat var, artıq əli gipsə qoyulub. Ola bilər ki, uzun müddət bizimlə olmasın.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button