“Heç-heçə ədalətli nəticədir” – Georgi Kondratyev

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, Serbiyada keçirilən və qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Matça niyə belə əsəbi başladığımızı bilmirəm. Bərabərlik ədalətli nəticədir. Biz rəqibi heç nə ilə təəccübləndirə bilmədik.

Hücumçularımızdan razı qalmadım. Biz qol vura bilmirik. Azərbaycan millisi texnikalı komandadır. Topla yaxşı çıxış edirlər. Ötənilki qarşılaşma ilə indiki arasında o qədər də böyük fərq görmədim”.

Kondratyev Azərbaycan Premyer Liqasını Belarus çempionatı ilə müqayisə edib:

“Bizim çempionatın tempi sizin Premyer Liqaya baxanda elə də yüksək deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button