Hamı seksual razılıq təliminə gedəcək  

İngiltərə Premyer Liqasında çıxış edən bütün klubların futbolçuları və əməkdaşları seksual razılıq təliminə qatılmalı olacaqlar. 

Komanda.az xəbər verir ki, təlim məcburi xarakter daşıyır. Belə ki, Premyer Liqada oynayan futbolçular son vaxtlar tez-tez cinsi zorakılıqda ittiham olunurlar. Ona görə də, Premyer Liqa rəhbərliyi təlim keçirməklə futbolçuların maariflənməsinə çalışır. 

Onu da qeyd edək ki, bir müddət əvvəl belə təlimlər akademiyada təhsil alanlar və əsas komandaların 14-23 yaşlı futbolçuları üçün keçirilib. Amma belə təlimlər hər kəs üçün məcburi sayılmırdı. Artıq qərar dəyişib və təlim keçməyən klublar intizam məsuliyyətinə cəlb olunacaqlar.

Bizi Telegramda izləyin