“Hamburq”dan Nazarovun komandasına 4 cavabsız qol

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılsa da, heç nə ilə yadda qalmayıb.

7 turdan sonra 11 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button