“Haland özü üçün ən yaxşı komandanı seçdi” – Klopp

“Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted”in Erlinq Halandı transfer etməməsi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, Halandı transfer edə bilməməsi üçün müzakirə olunan “qırmızı şeytanlar”la bağlı bunları deyib:

“Hər kəs “Mançester Yunayted”i  Halandı transfer etmədiyi üçün günahlandırır. Amma “Liverpul” da bunu bacarmadı. Hər şey bu qədər sadədir. Haland özü üçün ən yaxşı komandanı seçdi. 19 yaşı var, Çempionlar Liqasında oynamaq istəyir. Bundesliqanın liderlərindən birinə transfer olunaraq, bu fürsəti əldə edə bilər, buna görə də, o, “Borussiya”nı (Dortmund) seçdi. İnsanlar nə deyirsə desinlər, əminəm ki, başqa heç bir klubun şansı yox idi”.

Adı “Mançester Yunayted”lə də hallanan Haland bir müddət əvvəl “Zalsburq”dan “Borussiya”ya transfer olundu.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button