“Hər bir məşqçi yumşaq və güclü olmalıdır” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo futbol məşqçisinin necə olması ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Gameplan”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis məşqçinin güclü və yumşaq olmalı olduğunu bildirib:

“Hər bir məşqçi yumşaq və güclü olmalıdır. Ola bilsin ki, həssaslıq düzgün söz deyil. Sizə səmimi və açıq olmaq, oyunçularınızı, onların fikir və hisslərini dinləmək, komanda ilə işlədiyinizi başa düşmək lazımdır. Bir qrup oyunçu ola bilər. Komandada anlaşma yaratmaq üçün futbolçularla açıq olmaq lazımdır”.

Mourinyonun çalışdırdığı “Roma” hazırda İtaliya A Seriyasında 10-cu yerdədir. Komanda 8 turdan sonra 11 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button