Həndbol: Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb

18 yaşadək kişi həndbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, 20 komanda hər birində 4 iştirakçı olmaqla 5 qrupa bölünüb.

Qruplarda ilk iki yeri tutacaq komandalar Monteneqroda təşkil olunacaq AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar. Onlar ev sahibi ilə yanaşı, yarışda iştirak hüququna öncədən yiyələnən İspaniya, İsveç, Almaniya, Xorvatiya, Danimarka, İslandiya, Macarıstan, Sloveniya, Portuqaliya, Norveç, Fransa, Serbiya və Farer adalarına qoşulacaqlar. Qitə birinciliyinə 2024-cü il iyulun 21-də start veriləcək.

Təsnifat turnirində qruplarda 3-4-cü yerləri tutacaq yığmalar isə 2-ci dərəcəli Avropa çempionatına yollanacaqlar. Hazırda Azərbaycan, Gürcüstan, Bolqarıstan, Böyük Britaniya və Belçikanın bu yarışda iştirak edəcəyi dəqiqdir. Avqustda keçirilməsi planlaşdırılan yarışın hansı ölkədə təşkil olunacağı hələ məlum deyil.

Təsnifat mərhələsində qrupların tərkibi:

1-ci qrup: İtaliya, Niderland, Yunanıstan, Litva

2-ci qrup: Şimali Makedoniya, İsveçrə, Slovakiya, Kosovo

3-cü qrup: İsrail, Polşa, Lüksemburq, Bosniya və Herseqovina

4-cü qrup: Çexiya, Ukrayna, Türkiyə, Estoniya

5-ci qrup: Avstriya, Rumıniya, Latviya, Finlandiya

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button