“Hədəf Qətərdir!” – Ronaldo

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Türkiyəyə qalib gəldikləri oyundan sonra (3:1) fikirlərini bölüşüb. 

Komanda.az xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə “tvitter” hesabında paylaşım edib:

“Böyük hədəfimizə, 2022-ci il dünya çempionatına doğru ilk addımımızı atdıq. Rəqiblərimizə hörmətlə yanaşmalıyıq. Amma həmişə öz gücümüzə inanaraq ciddi və məqsədyönlü işləməyə davam etməliyik. Hədəf Qətərdir!”

Portuqaliya millisi pley-off mərhələsinin finalında Şimali Makedoniya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button